Rusiya 20 yanvar faciəsini törədən Yazovun tərəfini saxladı


Rusiya İstintaq Komitəsi SSRİ-nin sabiq müdafiə naziri Dmitri Yazova hökm çıxarmış Vilnüs dairə məhkəməsinin hakimlərinə qarşı cinayət işi açıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Rusiya tərəfi iddiasına əsasən, litvalı hakimlər D. Yazova və iş üzrə adı hallanan digər fiqurantlara qarşı bilərəkdən qanunazidd hökm çıxırıblar.
Xatırladaq ki, D. Yazov 1991-ci il yanvarın 13-də Vilnüs teleqülləsinin və Litva teleradio komitəsinin binasına hücum zamanı sovet qoşunlarının törətdiyi hərbi cinayətlər və bəşəriyyətə qarşı cinayətləri haqqında iş üzrə qiyabi olaraq 10 il azadlıqdan məhrum edilmişdi.  
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakıda dinc əhaliyə qarşı qətliam törədib. Hadisədə 147 Azərbaycan vətəndaşı şəhid olub, 638 nəfər yaralanıb və xəsarət alıb, 841 nəfər qanunsuz olaraq həbs edilib. D.Yazov 1987-ci ildən 1991-dək SSRİ-nin sonuncu müdafiə naziri olub. O, hazırda Rusiyada yaşayır.

DİGƏR XƏBƏRLƏR

Top