
Türkiyə Rusiya ilə S-400 zenit-raket sistemlərinin tədarükü üzrə daha bir saziş bağlaya bilər.
Yeniavaz.com NTV telekanalına istinadla xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Onun sözlərinə görə, əgər ABŞ Türkiyəyə "Patriot" zenit-raket komplekslərini satmaqdan imtina etsə, Ankara ikinci S-400 kompleksini əldə edə bilər: "Hava hücumundan müdafiə üzrə digər sistemlər də ala bilərik". Nazir S-400 üzrə sazişə görə Türkiyənin NATO-da üzvlüyünü şübhə altına alan bəzi ölkələrin cəhdlərini cəfəng adlandırıb. M. Çavuşoğlu qeyd edib ki, ABŞ Türkiyəyə beşinci nəsil F-35 qırıcı-bombardmançı təyyarələrini tədarük etməkdən imtina etsə, Ankara istənilən digər ölkəyə müraciət edə bilər: "F-35 və Rusiya istehsalı olan qırıcılar var. Əgər F-35-lərimiz olmasa, qırıcı tələbatımızı başqa yerlərdə qarşılamağa məcbur olacağıq. Bu öz təyyarələrimizi istehsal etməyə başlayanadək davam edəcək".
Tətbiqimizi yükləyə bilərsiniz