Qazdan boğularaq ölən iki bacıların anası danışdı


Xəbər vermişdik ki, Mingəçevirdə iki bacı qazdan zəhərlənib.
Bu gün hadisə ilə bağlı qızların anası rusəsilli Mobilçenko Olqa Vladimirovna Yeniavaz.com-a bildirdi ki, qızı Roza Mobilçenki yaşadığı oğlanla başqa evdə yaşamaq üçün 3 gün idi ki, ev kirayələmişdi: "Biz Mingəçevir şəhəri, D.Əliyeva 2 ünvanında birlikdə yaşayırdıq. Onlar 3 gün idi ki, H.Əliyev ünvanında ev kirayələmişdilər. Kollecdə oxuyan qızım Emilya da evi təmizləmək üçün qızıma köməyə getmişdi. Dünən hadisə baş verən zaman bizə xəbər gəldi ki, qızlar qazdan boğularaq ölüb. Biz hadisə yerinə gedəndə onların ikisini də yerdə uzanıqlı gördük. Qızımın yoldaşı işdən gələrkən qapını döyüb açan olmayıb. Qapı sınıdırılaraq açılanda onların cansız bədəni ilə qarşılaşıblar. Mən hələ hadisənin şokundan ayıla bilməmişəm”.

Esmira Hidayətova, Mingəçevir
 

DİGƏR XƏBƏRLƏR

Top