15 yaşlı kamikadze terror törətdi 8 nəfər öldü


Misirin Sina yarımadasının şimalında kamikadze insanların sıx olduğu nəzarət-keçid məntəqəsində üstündəki bombanı partladıb.

Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, partlayış nəticəsində özü və 7 sivil ölüb, 26 nəfər isə yaralanıb.

Ölənlər arasında 4 təhlükəsizlik işçisi və 6 yaşlı bir uşaq da olub.

Daxili İşlər Nazirliyi terrorçunun 15 yaşında olduğunu açıqlayıb.

DİGƏR XƏBƏRLƏR

Top