AKP-dən İstanbulla bağlı yeni həmlə: fövqəl etiraz ediləcək


İstanbul seçkilərindən bütün səslərin yenidən sayılması tələbi Ali Seçki Komissiyası (ASK) tərəfindən rədd edilən Ədalət və İnkişaf Partiyası (AKP) məsələ ilə bağlı açıqlama verib.
Yeniavaz.com "Sözcü" qəzetinə istinadla xəbər verir ki, AKP-nin sədr müavini Əli İhsan fövqəl etiraz seçimindən istifadə edərək növbəti dəfə ASK-ya müraciət edəcəklərini bildirib. O, "Twitter" səhifəsində deyib: "ASK İstanbulda bütün səslərin sayılması tələbini rədd etdi. Bu qədər qanun pozuntusu olduğu halda belə bir qərarın verilməsi başadüşülən deyil. İndi fövqəl etiraz metodundan istifadə edərək yenidən ASK-ya müraciət edəcəyik".

DİGƏR XƏBƏRLƏR

Top