Deputat Milli Məclisdə İrana yardım olunması təklif edib


Millət vəkili Qüdrət Həsənquliyev daşqın və seldən əziyyət çəkən İrana yardım olunması təklifini irəli sürüb.

Milət vəkili belə bir təkliflə bu gün Milli Məclisin plenar iclasında çıxış edib. Millət vəkili deyib ki, İran blokada şəraitindədir, yardıma ehtiyacı var. Q. Həsənquliyev Hesablama Palatası tərəfindən büdcədən mənimsənilən milyaonlarla manat vəsaitin büdcəyə bərpa olunmasına diqqət çəkib: “Sıravi vətəndaş 5 min manat oğurlasa, o, cinayət məsuliyyətinə cəlb olunur. Milyonlarla vəsaiti oğurlayıb, sonra büdcəyə qaytarmaq məcburiyytəində qalanlar da məsuliyyətə cəlb olunmalıdır. Yoxsa mən oğurlayım, üstü açılsa, qaytarım prinsipi ilə yanaşırlar ki, belələri mütləq cəzalandırılmalıdır”. (ONA)

DİGƏR XƏBƏRLƏR

Top