Oktay Kaynarca: “Süleyman Çakır yenidən qayıda bilər” - VİDEO



Türkiyədə bir vaxtlar hər kəsin izlədiyi “Kurtlar Vadisi” serialının baş qəhrəmanlarından Süleyman Çakıra “həyat verən” Oktay Kaynarca bu obrazın yenidən ekranlara qayıda biləcəyini deyib.

Yeniavaz.com xəbər verir ki, aktyor bunu, Süleyman Çakır fanatlarının, onun ölüm ildönümü ilə bağlı telefonuna gələn mesajlara təşəkkür edərkən deyib.

O, ən böyük xəyallarından birinin yenidən Süleyman Çakırı ifa etmək olduğunu bildirib.

Hər nə qədər bu obraz filmdə ölsə də, yeni bir ssennari ilə o, bunun mümkün olduğunu deyib.

Aktyor, arzusunun, “Eşkiya dünyaya hükümdar olmaz” serialındakı rolu Hızır Çakırbeyli ilə Süleyman Çakırın eyni filmdə rol alması olduğunu qeyd edib.

O bunları lentə alaraq, sosial şəbəkələrdə paylaşıb.

Qeyd edək ki, Süleyman Çakır həqiqətdə mövcud olmasa da cənazə namazı qılınan yeganə obrazdır.

DİGƏR XƏBƏRLƏR

Top