
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi Elvin Şirinov Bakıda universitetlər arasında keçirilən futzal üzrə çempionatda etdiyi maraqlı futbol şərhi ilə sosial mediada trendə çevrilib.
Yeniavaz.com xəbər verir ki, Elvin Şirinovun Türkiyə türkçəsində verdiyi futbol şərhi onunla birlikdə oyunu izləyənlər tərəfindən lentə alınıb və sosial şəbəkələrdə yayılıb.
Türkiyənin peşəkar futbol şərhçilərindən geri qalmayan tələbənin bu şşərhi hamı tərəfindən maraqla qarşılanıb.
Tətbiqimizi yükləyə bilərsiniz