10 milyonuncu sakinə görə ağacəkmə aksiyası keçirildi


Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və rayon icra hakimiyyətlərinin əməkdaşları, ictimaiyyət nümayəndələrinin iştirakı ilə respublika ərazisində keçirilən kütləvi ağacəkmə aksiyaları zamanı paytaxtın inzibati rayonlarında ümumilikdə 3050, regionlarda isə meşə və qeyri-meşə fondu torpaqlarında yerli şəraitə uyğun 21770 ədəd müxtəlif cinsli ağac əkilib.

Bu barədə Yeniavaz.com-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, əkilən ağaclar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tinglik sahələrində yetişdirilib.

Ağacəkmə aksiyaları davam edir.

DİGƏR XƏBƏRLƏR

Top