YSK İstanbuldakı seçki ilə bağlı qərarını verdi


Türkiyədə günlərdir davam edən İstanbul şəhərinin seçki qalmaqalı nəhayət sona yaxınlaşır.

Belə ki, Ali Seçki Qurumu (YSK) məsələ ilə bağlı iqtidar partiyasının(AKP) etirazları haqqında qərarını açıqlayıb.

Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, YSK İstanbul şəhərində Ədalət və İnkişaf Partiyasının bütün səsllərin yenidən sayılması haqında etirazını qəbul etməyib.

Qeyd edək ki, İstanbulun mövcud 39 rayonundan 7-də bütün səslər yenidən sayılır. Qalan 32 rayonun 31-də isə səslərin yeniən sayılması haqqında etirazlar qəbul edilməyib. Böyükçəkməcə rayonunda isə bu hal hələ də qeyri-müəyyənliyini qoruyur. Yerdə qalan 31 min 186 seçki qutusundan sadəcə 51-i sayılacaq. Seçki mütəxəssisləri Cümhuriyyət Xalq Partiyasının namizədi Əkrəm İmamoğlunun İstanbulun növbəti bələdiyyə sədri olduğu qənaətindədirlər. 

DİGƏR XƏBƏRLƏR

Top