Putin: “Türkiyəyə digər silahlar da göndəriləcək”


Moskvada Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş baş tutub. Yeniavaz.com rus KİV-lərinə istinadla xəbər verir ki, əvvəlcə liderlər təkbətək görüş keçirib, daha sonra isə iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə görüş başlayıb.

Putin gprüşdə iki ölkə arasındakı ticari dövriyyənin ötən il 16% artaraq 25,5 milyard dollar olduğunu deyib. Ərdoğan isə bu rəqəmin 100 milyard dollara çatdırılmasının hədəfdə olduğunu bildirib.

Putin hərbi sahədə də əlaqələri möhkəmləndirməyə çağırış edib: "Birinci növbədə S400 zenit raket qurğularının müqavilə üzrə göndərilməsi prosesi başa çatmalıdır. Bundan sonra bizim digər hərbi məhsulların da Türkiyəyə çatdırılmasına dair layihələrimiz var".

İki lider qarşılıqlı olaraq viza rejiminin ləğvi barədə müzakirələr aparıblar. Putin bunun yalnız Suriya probleminin həllindən sonra mümkün olacağını vurğulayıb:

DİGƏR XƏBƏRLƏR

Top