Ağ Ev ABŞ-ın Məxfi Xidməti rəhbərinin istefasını təsdiqləyib


Birləşmiş Ştatların Məxfi Xidmətinin başçısı Rendolf Alles öz postunu tərk edir.

Bu barədə Ağ Evin mətbuat katibi Sara Sanders bildirib. 

"ABŞ-ın Məxfi xidmətinin direktoru Rendolf Alles son iki il ərzində agentlikdə böyük iş görüb və prezident ona dövlətə 40 ildən çox xidmətə görə təşəkkür edib", - deyə Sanders bildirib.

Daha əvvəl administrasiyadan rəsmi şəxslərə istinadən Amerika KİV-i prezident Donald Trampın Allesi istefaya göndərmək planları haqqında yazıb. (Report)

DİGƏR XƏBƏRLƏR

Top