Sumqayıt sakini üzərində narkotika ilə Mingəçevirdə yaxalandı - FOTOLAR

Sumqayıt şəhər sakini, əvvəllər məhkum olmuş Əmiraslanov Şəmşir Hümbət oğlu Mingəçevirə mağazalardan birinə oğurluq məqsədi ilə gəlmişdi. Mingəçevir şəhər polis şöbəsinin  cinayət –axtarış bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Şəmşir Hümbətov  şəhər ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılmışdır. Bu barədə Yeniavaz.com-a məlumat verən Mingəçevir şəhər Polis şöbəsinin istintaq bölməsinin müstəntiqi, polis baş leytinantı Kərim İsmayılbəyli bildirib ki, şəhər polis şöbəsində saxlanılan şəxsin üzərində şəxsi  axtarış keçirilən zaman üzərindən təmiz çəkisi 41,594 qram olan narkotik vasitə tiryək,təmiz çəkisi 0,65 qram narkotik vasitə qurudulmuş marixuana və həmçinin bir ədəd bıçaq aşkarlanaraq götürülmuşdür. Şəxsin ilkin sorğusu zamanı şəhər ərazisində yerləşən mağazaların birindən oğurluq etmək üçün gəldiyini bildirmişdir.
Faktla bağlı istintaq davam etdirilir.
Esmira Hidayətova, Mingəçevir.




 

DİGƏR XƏBƏRLƏR

Top