Deputat: Bir də ayılıb görürlər ki, Azərbaycanda soğan yoxdur


Son vaxtlar Azərbaycanın daxili bazarında kartof, soğan və kələmin qiymətində kəskin artım müşahidə olunur. Bu artımın bir neçə səbəbi var. Əsas səbəbi də odur ki, son vaxtlar soğan ixracına ciddi fikir verməmişik, Azərbaycandan xaricə, xüsusən də Türkiyəyə xeyli miqdarda soğan ixrac olunub.
Bunu Yeniavaz.com-a Milli Məclisin deputatı Vahid Əhmədov hökumətin soğan, kartof və kələmin idxal və ixracı ilə bağlı verdiyi qərara münasibət bildirərkən deyib.
O bildirib: "Bir də ayılıb görürlər ki, Azərbaycanın daxilində soğan məhsulu yoxdur. Kartof məhsulunda da eyni vəziyyət yaranıb. Bu məhsulla da bağlı müəyyən problem var. Buna görə də İqtisadiyyat Nazirliyi bütün bunları nəzərə alaraq hökumətə öz təkliflərini verib ki, sözugedən məhsulların ixrac rüsumu artırılsın, Azərbaycandan ixrac olmasın. Soğanın idxalında isə müəyyən güzəştlər edilsin".
Bunun adi hal olduğunu deyən V. Əhmədov qeyd edib ki, lakib bunu vaxtında nəzərə almaq lazımıydı: "Bütün məhsullar üzrə idxal və ixrac balanslaşdırılmalıdr. Belə vəziyyətin qarşısını qabaqcadan almaq lazımdır, birinci əhali təmin edilməlidir, sonra isə məhsulun ixracı barədə düşünmək olar. Hökumətin qərarının əsas məqsədi ondan ibarətdir ki, daxili bazarda soğan və kartofun qiyməti müəyyən qədər sabitləşdirsin".
Millət vəkili hökumətin bu qərarlarından sonra sözügedən məshulların istehsalı ilə məşğul olan sahibkarala ciddi ziyanın dəyəcəyinə inanmadığını vurğulayıb: " Sahibkarlar da gərək əhalinin vəziyyətini başa düşsünlər".
Xatırladaq ki, Azərbaycan hökuməti ölkəyə idxal olunan soğana gömrük rüsumunu ləğv edib, kartof, soğan və kələmin ixracına gömrük rüsumu tətbiq edib.
 
Məftun Salmanov

DİGƏR XƏBƏRLƏR

Top