Deputat "Space"dəki biabırçılıqdan danışdı: "Kefim necə istəyir elə edirəm..."

 
“Kefim necə istəyir elə edirəm” fikri Azərbaycanın bütün televiziyalarında baş alıb gedir.
Bunu Yeniavaz.com-a Milli Məclisin deputatı Fəzail İbrahimli “Space” TV-nin “Hər səhər” verilişində yaşanan biabırçı hadisəyə münasibət bildirərkən deyib.
O, məlum hadisədən xəbərsiz olduğunu bildirsə də, bunun televiziyalarımızdakı tək problem olmadığını deyib: “Mən baxmamışam o verilişə. Azərbaycan televiziyasında xəbərlərə baxıram, ciddi verilişlərə baxıram, tok-şoulara baxmıram. Onsuz da, tək problem o deyil, bizim televiziyalarda kifayət qədər ciddi problemlərimiz var. “Kefim necə istəyir elə edirəm” fikri Azərbaycanın bütün televiziyalarında baş alıb gedir”.
Millət vəkili, həmçinin televiziyadakı aparıcılarda danışaraq Azərbaycanda aparıcı qıtlığının olduğunu söyləyib: “Biz demirik ki, aparıcılar qəlibdə olsun, çərçivədə olsun. Aparıcılar xalqın sevgisini, etimadını qazanan, dilimizi sərbəst bilən, əxlaqımızla tam yaşayan, cəmiyyətdə müsbət imic yaradan insanlar olmalıdırlar. Birmənalı şəkildə aparıcı qıtlığı var. Çox aparıcı azadlığı var”.
Qeyd edək ki, aprelin 5-də "Space” TV-nin "Hər səhər" verilişində müğənni Rüfət Axundov mahnı ifa edərkən efirdə ədəbsiz ifadələr işlədib.
MTRŞ buna görə "Space" TV-ni cərimələyib. Telekanalın İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 5-8 min manat cərimə olunması ilə bağlı kanal rəhbərliyinin iştirakı ilə protokol tərtib olunub, qərar qəbul edilib, iş məhkəməyə göndərilib.

Şahmərdan Əhmədli

DİGƏR XƏBƏRLƏR

Top