
Erməni hücumçu qrupları Azərbaycanın cəbhə arxasında xaos yarada bilərlər.
Yeniavaz.com "Sputnik Ermənistan" saytına istinadla xəbər verir ki, bunu Ermənistanın müdafiə naziri David Tonoyan hücumçu qrupların sayının artması barədə məlumatı şərh edərkən deyib.
O bildirib: "Təxribat halında düşmən ərazisində üz-üzə gələcəyik... Düşməni ram edəcəyik ki, növbəti dəfə bu cür addım atmasın. Söhbət standart addımlardan getmir, lazım gələrsə, bizim hücumçu qruplarımız düşmənin cəbhə arxasında xaos yarada bilərlər".
D. Tonoyan qeyd edib ki, əgər Azərbaycan bir nöqtədə təxribata əl atsa, Ermənistan təkcə B deyil, həm də C,D, E nöqtələridə zərbə vura bilər: "Çoxfunksiyalı hərbi təyyarələrin alınmasını asimmetrik cavab hesab etmək mümkündür. Ermənistan düşmənə uzaq məsafədən təsir göstərə biləcək".
Tətbiqimizi yükləyə bilərsiniz