Türkiyə və Rusiya birgə hərbi texnika istehsal edə bilər


Ankara və Moskva müdafiə sahəsində əməkdaşlığın geniş spektrini, o cümlədən tədarük üzrə müqavilələri və birgə istehsalı müzakirə edirlər.
Yeniavaz.com-un məlumatına görə, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr üzrə idarəsinin rəhbəri Fəxrəddin Altun "Twitter" səhifəsində yazıb.
O bildirib: "Biz müdafiə sahəsində Rusiya ilə əməkdaşlığımızı geniş planda müzakirə edirik. Birgə istehsal imkanınadək hərbi məhsulların qarşılıqlı tədarüklərinə qədər mövzulardan danışırıq. İki ölkənin müdafiə sahəsində qarşılıqlı fəaliyyəti genişmiqyaslıdır və inkişaf edəcək".
Qeyd edək ki, F. Altun bu açıqlamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu gün Moskvaya səfərindən öncə verib.

DİGƏR XƏBƏRLƏR

Top