
Ankara və İzmirin Böyükşəhər Bələdiyyə sədrləri Mansur Yavaş və Tunç Soyer mandatlarını alıblar.
Yeniavaz.com "Habertürk" saytına istinadla xəbər verir ki, martın 31-də keçirilmiş seçkilərin nəticələrinə əsasən, CHP-nin hər iki namizədi qalib gəldiyinə görə Ali Seçki Komissiyası onlara mandatları təqdim edib. M. Yavaş məsciddə namaz qıdıqdan sonra Hacı Bayramı Vəli Türbəsində dua edib. O, jurnalistlərə açıqlamasında bildirib ki, Ankara huzur və bərəkətin paytaxtı olacaq.
Tətbiqimizi yükləyə bilərsiniz