Azərbaycanlı rejissor: “Yeni filmlər gənclərin əxlaqını pozur...”


“Şollerin arxivi” filmi ilə Azərbaycanda, eləcə də, xarici ölkələrdə diqqətləri üzərinə çəkən rejissor Cəlaləddin Qasımov son vaxtlar Azərbaycanda çəkilən kommersiya filmlərinin gənclərin tərbiyəsini və mənəviyyatını pozduğunu bildirib.
Yeniavaz.com xəbər verir ki, rejissor bunu “Yeni Müsavat” qəzetinə verdiyi müsahibəsində deyib: “Mən filmləri kommersiya məqsədi ilə çəkmirəm. Məqsədim Azərbaycanı dünyada tanıtmaqdır. Hollivudda bir iclasda iştirak etdim, orda dedilər ki, sizin kino ilə bağlı akademiyanız olmaya bilər, amma ssenariləriniz, süjet xəttiniz bizim ruhumuzu oxşayır. Azərbaycanda çox filmlər çəkilir. Bunu dünyaya çıxarmaq lazımdır. Bizim kommersiya filmlərimiz gənc nəslin tərbiyəsini, mənəviyyatını pozur”.
O, həmçinin maddi məsələlərlə bağlı bir çox dövlət qurumlarına müraciət etsələr də, cavab almadıqlarını bildirib: “Konkret maddi dəstəyə ehtiyac olduğunu da gizlətmirik. Düzdür, Diaspora İdarəsindən 4 nəfər zəng eləmişdi ki, bizə dəstək olmağa hazırdırlar. Amma hələ ki, hər şeyi öz gücümüzə edirik. Bir çox dövlət orqanlarına müraciət etsək də, heç bir kömək edən olmayıb.

DİGƏR XƏBƏRLƏR

Top