
Cəlilabad rayonunda tanışlar arasında kütləvi dava olub. Yeniavaz.com ONA-ya istinadla xəbər verir ki, Gülməmmədli kənd sakini, 1980-ci il təvəllüdlü İshaq Əzizov tanıdığı şəxslər tərəfindən döyülüb. Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb. O, ilkin tibbi yardım aldıqdan sonra ambulator müalicə almaq üçün evə buraxılıb. Faktla bağlı araşdırma aparılır.
Tətbiqimizi yükləyə bilərsiniz