14 yaşlı Nizami böyük yaş qruplarının imtahanında yüksək nəticə göstərib


Nizami Məməmmədov S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının istedadlı şagirdlərindən biridir. Gimnaziyanın 9-E sinifində oxuyan Nizami çalışqanlığı sayəsində bir çox nailiyyətlər əldə edib. Yeniavaz.com xəbər verir ki, M.Nizmaninin nailiyyətlərindən biri də az yaşda olmasına baxmayaraq alman dilini öyrənməsidir. O, Alman dili üzrə A2 səviyyəsini əldə edərək, 1 ay ərzində intensiv məşqlərdən sonra Bakıdakı Avstriya Mərkəzində imtahan verib və B1 səviyyəsini qazanıb. Nizami imtahan zamanı texniki səbəblərə görə böyük yaş qruplarının imtahanına düşsə də öz bilik və bacarıqlarından istifadə edərək çox yüksək nəticə göstərib. Nizaminin bu göstəricisindən heyrətlənən Avstriya Mərkəzinin nümayəndəsi belə bir hadisəyə ilk dəfə rast gəldiklərini  və 14 yaşlı Nizaminin növbəti uğurlarını səbirsizliklə gözlədiyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top