Təbrizli qadın 12 tonluq maşını dartmaqla dünya rekordunu yenilədi - VİDEO


İranın Şərqi Azərbaycan vilayətinin Təbriz şəhərində Giti Musəvi 12270 kq çəkili yük avtomobilini 30 metr çəkərək dünyanın ən güclü qadın rekordunu yeniləyib.

Giti Ginnes rekordları üzrə iranlıların müşaviri və Təbrizin məsul şəxsləri qarşısında yük maşınını çəkərək avstraliyalı qadının rekordunu yeniləyib.

Avstraliyalı qadın 2011-ci ildə 11350 kq yük maşınını çəkərək dünyanın ən güclü qadını kimi “Ginnesin rekordlar kitabı”na düşüb.

1 tondan artq çəki ilə avstraliyalı qadının rekordunu yeniləyən Musəvi bildirib ki, 6 ay öncə bunu etsə də, mobil telefonla çəkildiyi üçün bu, qəbul olunmayıb.

Təbrizli qadın gələcəkdə 12-15 tonluq təyyarəni çəkməyi arzu etdiyini deyib.

DİGƏR XƏBƏRLƏR

Top