
"O Tolik var a, dedi ki, mən müxalifətəm. Bunları başa sala bilmirəm ki, ucuz yollara əl atmayın. O Tolik mənə yalvaranda, onu türmədən qurtaranda da, mən müxalifət idim. Niyə gəldin qapımı döydün? Halbuki mən müxalifətlikdən yox, siyasətdən çəkildim".
Yeniavaz.com xəbər verir ki, bunu xanq artisti Flora Kərimova BBC Azərbaycan-a müsahibəsində deyib. Xalq artisti bildirib ki, belə ucuz şeylərə yol atırlar: "Amma başa düşə bilmirlər ki, bununla məni gözdən sala bilməzlər”.
F. Kərimova həmçinin prezidentlə görüşdə mədəniyyət nümayəndələrinin çıxışlarına münasibət bildirərkən deyib ki, ölkə prezidenti işlər görür, müəyyən addımlar atır: “O görüşdə müxtəlif xahişlər vardı. Mən bunu başa düşürəm. Amma orada bircə millət vəkili oturmuşdu. Zeynəb Xanlarova. Nə Azərbaycanın dərdini danışdı, nə də təmsil etdiyi rayonun problemlərini. Hamının ağzını yummağa çalışdı. Zeynəb, sənin nəyin çatmır?”.
Tətbiqimizi yükləyə bilərsiniz