AKP İstanbulda nəticələrin ləğv olunmasını tələb edir


Ədalət və İnkişaf Partiyası (AKP) martın 31-də İstanbulda keçirilmiş seçkilərin nəticələrini ləğv etmək üçün Ali Seçki Komissiyasına (ASK) müraciət edib.

Yeniavaz.com "Habertürk" saytına istinadla xəbər verir ki, AKP İstanbulun Böyükçekmece rayonunda qeyri-qanuni seçici qeydiyyatının aparıldığını əsas gətirərək İstanbul seçkilərinin nəticələrinin ləğv edilməsi üçün ASK-nın müvafiq vilayət şöbəsinə müraciət ünvanlayıb.

Bildirilir, qanunsuz seçki qeydiyyatı seçkinin nəticələrinə təsir edəcək dərəcədə olduğuna görə bu addım atılıb.

Bunula da AKP Böyükçeşmece bələdiyyə məclisinə üzvlük və İstanbul Böyükşəhər Bələdiyyə sədri seçkilərinin nəticələrinn ləğv olunmasını tələb edir.

DİGƏR XƏBƏRLƏR

Top