
Mingəçevir şəhərində kiçik marketlərdə özünü Gəncə Qida Təhlükəsizliyi Agentliyinin Fakt araşdırıcı müəxəssisi kimi təqdim edən, təxmini 60-65 yaşlı Fayilə İbrahimova adlı qadın marketdə yoxlama aparma adı ilə sahibkarlardan pul tələb edir.
Market sahiblərinin Yeniavaz.com-a dediklərinə görə, həmin qadın əvvəlcə özünü təqdim edib mağazada yoxlama aparmağını bildirir. Daha sonra onlara deyir ki, 20 AZN versəniz sizə çek verib heç bir yoxlama aparmayacaq. Kiçik market sahibi Elmir adlı şəxs bildirib ki, ondan 2 dəfə 20 AZN pul alıb. Market sahibi bizə bildirdi ki, qadından sənəd tələb edib. Qadın kiçik bir vəsiqə göstərib. Sahibkar deyir ki, onun vəsiqəsini əlindən aldım. Lakin qadın hay-həşir qopardığına görə, məcbur olub vəsiqəni qaytarıb. Bu hal digər sahibkarın da başın gəlib. Həmin qadın bu dəfə Göyçay şəhərindən gəldiyini deyib. Market sahibi onu polislə hədələyib. O isə market sahibinə bir qəbz verib amma qəbzin üstünə nə yazıbsa o da anlaşılmır. Lakin bir telefon nömrəsi də verib.

Esmira Hidayətova, Mingəçevir
Tətbiqimizi yükləyə bilərsiniz