
Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov daxili işlər naziri İsgəndər Mulikov şiddətli töhmət verib.
Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, vəzifə səlahiyyətlərini icra edərkən işində yol verdiyi nöqsanlara görə nazirə şiddətli töhmət verilib. Prezidentin göstərişinə əsasən, bu, İ. Mulikova sonuncu xəbərdarlıqdır. Nazir qısa müddət ərzində yol verdiyi nöqsanları aradan qaldırmalıdır. Bildirilir ki, müvafiq lisenziyaları olmayan sürücülər qanunsuz sərnişin daşımaları həyata keçirdiyinə görə nazirə töhmət verilib. Q. Berdıməhəmmədov qeyd edib ki, sürüclər təkcə qanunsuz fəaliyyət göstərmir, həm də yol hərəkəti qaydalarını pozurlar.
Tətbiqimizi yükləyə bilərsiniz