
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov təyyarədə erməni jurnalistlərin suallarını cavablandırıb.
Yeniavaz.com-un məlumatına görə, nazirin təyyarə ilə Brüsseldən Moskvaya səfəri zaman erməni qadın jurnalistlərlə Qarabağ mövzusunda maraqlı dialoqu baş tutub. Onlar E. Məmmədyarovla söhbəti telefona çəkiblər.
Həmin dialoqu təqdim edirik:
Erməni jurnalist: Kimsə bildi ki, Məmmədyarov burada oturur?
E. Məmmədyarov: Siz ki, məni tanıdınız.
Erməni jurnalist: Mən tanıdım.
Ardından erməni jurnalistlərindən biri söhbətin ingilis dilində aparılmasını istəyib. Lakin E. Məmmədyarov rus dilində danışmağı təklif edib. Erməni qadın jurnalistlərin hər biri xarici işlər nazirindən onun telefonuna baxmasını istəyəndə E. Məmmədyarov "dəhşət" deyə zarafatlaşıb. Ardından E. Məmmədyarov jurnalistin ingilis dilində sualına cavab verib. Digər jurnalist rus dilində sual vermək istərkən xarici işlər naziri onun Ermənistanın hansı hissəsindən olması ilə maraqlanıb:
E. Məmmədyarov: Siz İcevandansınız?
Erməni jurnalist: -Niyə ki? İrəvandanam
E. Məmmədyarov: -Çünki rastlaşdığım ermənilərin hamısı İcevandan olur
Bu zaman digər jurnalist babasının Qarsdan olduğunu deyib.
Qadın jurnalist rus dilində sual verərək deyib: Azərbaycan həmişə sülh barədə danışır, ancaq bütün fəaliyyəti əksindən xəbər verir
E. Məmmədyarov: Cavab çox sadədir. Mənim ölkəmin ərazisi erməni əsgərləri tərəfindən işğal edilib. Ermənistan vətəndaşı Azərbaycan ərazisndə xidmətdə nə edir? Deyin görüm.
Erməni jurnalist: Niyə hesab edirsiniz ki, bu ərazilər sizindir. Bu, qədim erməni torpağıdır.
E. Məmmədyarov: Siz hansı ərazini qədim erməni torpağı hesab edirsiniz? Bütün işğal olunmuş əraziləri?
Erməni jurnalist: "Arsax" erməni torpağıdır.
E. Məmmədyarov: Siz bilirsiniz Qarabağ Azərbaycan dilində tərcümədə qara bağ deməkdir?
E. Məmmədyarov sonda erməni jurnalisti emosional olmamağa çağırıb.
Tətbiqimizi yükləyə bilərsiniz