
Bakıda ana və iki azyaşlı övladı dəm qazından zəhərlənib.
Yeniavaz.com ona-ya istinadən xəbər verir ki, hadisə Binəqədi şosesi döngə 7 ünvanında qeydə alınıb.
Həmin ünvanda yaşayan ana və iki uşaq gecə saat 1 radələrində dəm qazından zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə çatdırılıblar.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, göstərilən yardımdan sonra onların vəziyyətləri stabilləşib. Ananın 28, övladlarının 4 və 6 yaşı var.
Tətbiqimizi yükləyə bilərsiniz