Göyçayda polisin avtomobillə vurduğu piyada öldü


Göyçay rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatları məlum olub. 

Yeniavaz.com ona-ya istinadən xəbər verir ki, ötən gün axşam saat 21:00 radələrində Göyçay şəhərinin Nizami küçəsində rayonun Ləkçılpaq kənd sakini, Göyçay Rayon Polis Şöbəsinin post patrul xidmətinin əməkdaşı, polis serjantı Abdulov Emil Bəylər oğlu idarə etdiyi "VAZ 2107" markalı minik avtomobili ilə hərəkətdə olarkən yolu keçən piyadanı, 1950-ci il təvəllüdlü Miriyev Abduləli Məhəmmədəli oğlunu vurub.

Hadisə zamanı piyada ağır bədən xəsarətləri aldığı üçün Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top