İstanbulda səslər yenidən hesablanır: Yıldırıma əlavə 579 səs gəldi


İstanbul Böyükşəhər bələdiyyə sədrliyinə keçirilmiş seçkilərin nəticələrinə Ədalət və İnkişaf Partiyası etiraz etdikdən sonra şəhərin 15 rayonunda səslər yenidən hesablanmağa başlanılıb.
Yeniavaz.com "Sözcü" qəzetinə istinadla xəbər verir ki, bunu Cümhuriyyət Xalq Partiyasının millət vəkili Məhərrəm Erkek deyib. Onun sözlərinə görə, 9 rayonda səslərin hesablanması başa çatıb: "15 rayonda səslərin hesablanmasını istədilər. Etibarsız səslərin sayıldığı 10 rayonun 9-da hesablama başa çatıb. Ümumilikdə 5 459 seçki qutusunda səslər hesablanıb. AKP-yə buralardan 579 əlavə səs gəlib. Bir bu qədər də CHP-yə səs yazılıb. Bununla da Əkrəm İmamoğlu 4 milyon 171 min 448, Binəli Yıldırım isə 4 milyon 151 min 798 səs toplayıb. Bu fərqi aradan qaldırmaq olmaz".

DİGƏR XƏBƏRLƏR

Top