
Bir neçə gün əvvəl mətbuatda Azərbaycanda baş verən dəhşətli qətlə bağlı məlumat yayıldı: Cəlilabad rayonu, Göytəpə şəhər sakini olan 25 yaşlı oğlan öldürülüb və meyit hissələrə bölünərək üç rayonda basdırılıb. Yeniavaz.com xəbər verir ki, 25 yaşlı Cəlilabad rayon şəhər sakini Sahib Mahmudov bu ilin yanvar ayının 25-də qətlə yetirilib.
Məlumat üçün bildirək ki, bu cür dəhşətli qətl hadisələri və insanların xəsarət alması ilə nəticələnən kütləvi davalar Cəlilabad rayonu sakinləri arasında tez-tez baş verir. Bu barədə daha əvvəl də yeniavaz.com saytında məlumat yayımlanıb. Mətbuatda yer alan məlumatlardan belə görünür ki, Cəlilabad rayonu sakinləri arasında kütləvi davalar və digər cinayət hadisələri iri şəhərlər istisna olmaqla digər rayonlarla müqayisdədə daha çox qeydə alınır.
Yeniavaz.com son bir il ərzində Cəlilabad rayonu ərazisində qeydə alınan kütləvi davaların, qətl hadisələrinin və insanların ciddi xəsaratlar alması ilə nəticələnən döyülmə hallarının bəzilərini təqdim edir:
1) - 1 aprel 2018-ci ildə Cəlilabad rayonunda polis əməkdaşı Məmmədov Rauf Sübhan oğlu xidməti vəzifəsini yerinə yetirən zaman naməlum şəxs və ya şəxslər tərəfindən döyülüb.
2) - 3 aprel 2018 -ci ildə Cəlilabad rayonunda 7 yaşlı Quliyev İbrahim Samid oğlu bel ilə döyülərək baş və kürək nahiyələrindən ağır xəsarətlər alıb.
3) - 5 aprel 2018-ci ildə Cəlilabad rayonu, Uzuntəpə kənd sakini Vəliyev Pərviz Ərzuman oğlu bıçaqlanıb.
4) - 19 aprel 2018-ci ildə Cəlilabad rayonu, Suluçeşmə kəndində baş verən kütləvi dava zamanı kənd sakini, 1976-cı il təvəllüdlü Muradov Yusif Qeys oğlu tanıdığı şəxslər tərəfindən döyülüb.
5) - 25 aprel 2018-ci ildə Cəlilabad rayonu, Privolniye kəndində kənd sakini Şahmarov Elvin Şirbala oğlu qardaşı Elgün ilə birlikdə qonşusu 1989-cu il təvəllüdlü Şükürov Elməddin Cavid oğluna 10-dan çox bıçaq xəsarəti yetiriblər.
6) - 8 may 2018-ci ildə Cəlilabad şəhəri H.Aslanov küçəsində yaşayan 1965-ci il təvəllüdlü Əliyeva Səmayə ürək nahiyəsindən bıçaqlanıb. Məlumata görə, onu qaynı bıçaqlayıb.
7) - 9 may 2018-ci ildə Cəlilabad rayonu, Təzəkənd kənd sakini 1978-ci il təvəllüdlü İsmayılova Xoşbəxt Həzi qızı mübahisə zəminində qonşu kişi tərəfindən döyülüb.
8) - 9 may 2018-ci ildə Cəlilabad rayonu, Privolniye kənd sakini Məmmədov Qurban Şirvan oğlu mübahisə zəminində arvadı Elmira Məmmədovanı və oğlu Elsevər Məmmədovu bıçaqlayıb.
9) - 12 may 2018-ci ildə Cəlilabad şəhərinin N.Nərimanov küçəsində yaşayan 1961-ci il təvəllüdlü Babayeva Gülüstan Kərəməli qızı tanıdığı şəxs tərəfindən döyülüb.
10) - 17 may 2018-ci ildə Cəlilabad rayonu, Babaxanlı kənd sakini Qaraşov Aqil Əkbər oğlu kütləvi dava zamanı müxtəlif bədən xəsarətləri alıb.
11) - 30 may 2018-ci ildə Cəlilabad rayonu, Sabirabad kənd sakini 1980-ci il təvəllüdlü Əliyev Babək Vəlihəd oğlu və onun atası, 1946-cı il təvəllüdlü Əliyev Vəlihəd Əziz oğlu tanıdıqları şəxs tərəfindən bıçaqlanıblar.
12) - 7 iyun 2018-ci ildə Cəlilabad rayon sakinləri İqbal Həsənov və İlqar Həsənov şəhər sakini Şahin Həsənovun yaşadığı evin qarşısına gələrək odlu silahdan giriş qapısına və divarlarına atəş açıb və hadisə yerindən qaçaraq uzaqlaşıblar. Daha sonra polislər kriminal aləmdə “Şahin” kimi tanınan rayon sakini, 1961-ci il təvəllüdlü Şahin Əliqulu oğlu Həsənov, onun qardaşı Səxavət Həsənov və qarşı tərəfdən isə İlqar Həsənovu saxlayıblar.
13) - 10 iyun 2018-ci ildə Cəlilabad rayon ərazisində, 1975-ci il təvəllüdlü Sadıqov Zamiq Mirzəyar oğlu bir neçə nəfər tərəfindən döyülüb.
14) - 15 iyun 2018-ci ildə Cəlilabad şəhərində 1996-cı il təvəllüdlü Hacıbabayeva Farimə Azad qızı qayınanası və həyat yoldaşı tərəfindən döyülüb.
15) - 19 iyun 2018-ci ildə Cəlilabad rayonu, Kirovka kənd sakinləri 1987-ci il təvəllüdlü Adaşov Elçin Xeyrulla oğlu və 1989-cu il təvəllüdlü Əmənov İbrahim Nazim oğlu kütləvi dava zamanı müxtəlif bədən xəsarətləri alıblar. Məlumata görə, hadisə zamanı bir qadın da xəsarət alıb.
16) - 30 iyun 2018-ci ildə Cəlilabad rayonu, Uzuntəpə kənd sakini, 1980-ci il təvəllüdlü Arzu Allahşükür qızı İbişova əri tərəfindən döyülüb.
17) - 1 iyul 2018-ci ildə Cəlilabad rayonu, Suluçeşmə kənd sakini 1959-cu il təvəllüdlü Məmmədova Gülxas Sahib qızı qardaşının həyat yoldaşı tərəfindən döyülüb.
18) - 1 iyul 2018-ci ildə Cəlilabad rayonu, Zopun kənd sakini Həmzəyev Coşqun Nəribala oğlu tanımadığı şəxs tərəfindən bıçaqlanıb.
19) - 4 iyul 2018-ci ildə Cəlilabad rayonu, Qarazəncir kənd sakini, 1986-cı il təvəllüdlü İslamov Elvin Orucəli oğlu kəsilmiş-deşilmiş yara ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
20) - 4 iyul 2018-ci ildə Cəlilabad rayon sakini, 1957-ci il təvəllüdlü Feyziyeva Səmiya Əzizağa qızı həyat yoldaşı və gəlini tərəfindən döyülüb.
21) - 9 iyul 2018-ci ildə Cəlilabad rayon ərazisində kütləvi dava zamanı 1990-ci il təvəllüdlü Şixəliyev Tural Tofiq oğlu tanıdığı adamlar tərəfindən döyülüb.
22) - 12 iyul 2018-ci ildə Cəlilabad şəhər ərazisində, 1996-cı il təvəllüdlü Təhməzov Azər Sakit oğlu döyülüb.
23) - 18 iyul 2018-ci ildə Cəlilabad rayonu, Abışabad kənd sakini, 1990-ci il təvəllüdlü İmanova Vəfa Əliməmməd qızı tanıdığı şəxslər tərəfindən döyülüb.
24) - 19 iyul 2018-ci ildə Cəlilabad rayonu, Üçtəpə kənd sakini, 1988-ci il təvəllüdlü Yuriyev Murad Sadıq oğlu tanıdığı şəxs tərəfindən döyülüb.
25) - 28 iyul 2018-ci ildə Cəlilabad rayonu, Üçtəpə kəndində kütləvi dava zamanı kənd sakini 1984-cü il Əliyev Zaur Məhəbbət oğlu tanıdığı şəxslər tərəfindən döyülüb.
26) - 1 avqust 2018-ci ildə Cəlilabad rayon ərazisində baş verən kütləvi dava zamanı rayon sakini, 1978-ci il təvəllüdlü Zamiq Ağaqardaş oğlu Nuriyev döyülüb. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
27) - 13 avqust 2018-ci ildə Cəlilabad rayonunda 1995-ci il təvəllüdlü Alar kənd sakini Rüstəmov Fəzail Asəf oğluna küt alətlə xəsarət yetirilib.
28) - 18 avqust 2018-ci ildə Cəlilabad rayonunda keçirilən toy mərasimində kütləvi dava baş verib. Rayonun Uzuntəpə kəndinə kənd sakinləri, iki qardaş - 1994-cü il təvəllüdlü Həsənov Şamxal İlham oğlu və 1997-ci il təvəllüdlü Həsənov Adəm İlham oğlu döyülüblər.
29) - 18 avqust 2018-ci ildə Cəlilabad rayonunda kütləvi dava zamanı rayonun Göytəpə şəhərində 1984-cü il təvəllüdlü şəhər sakini Allahverdiyev Tural Əyyar oğlu tanıdığı şəxslər tərəfindən döyülüb.
30) - 21 avqust 2018-ci ildə Cəlilabad rayonu, Ağdaş kənd sakini, 1963-cü il təvəllüdlü Məmmədova Pərvanə Vəli qızı əri tərəfindən döyülüb. Nəticədə o, kəllə-beyin travması alıb.
31) - 25 avqust 2018-ci ildə Cəlilabad rayonunda kütləvi dava zamanı 1981-ci il təvəllüdlü Qafarov Emil Telman oğlu tanıdığı şəxslər tərəfindən döyülüb.
32) - 29 avqust 2018-ci ildə Cəlilabad rayonu, Ocaqlı kəndində 86 yaşlı Firuzə Əsgərova və onun qızı, 46 yaşlı Sənubər Əsgərova qonşuları, “Cıkma” ləqəbli Yaşar Bayramov tərəfindən qətlə yetiriliblər.
33) - 29 avqust 2018-ci ildə Cəlilabad rayonu, Maşlıq kənd sakini, 2007-ci il təvəllüdlü (11 yaş) Aysel Natiq qızı Niftullayeva atası tərəfindən döyülüb.
34) - 30 avqust 2018-ci ildə Cəlilabad rayonu, Maşlıq kənd sakini, 1990-ci il təvəllüdlü Hicran Etibar oğlu Adıgözəlov sağ böyrək nahiyəsindən bıçaqlanıb.
35) - 7 oktyabr 2018-ci ildə Cəlilabad rayonunda 1984-cü il təvəllüdlü Novruzov Ceyhun Dədəkişi oğlunu həmyerlisi, 34 yaşlı Quliyev Gülbala Rauf oğlu bıçaqlayaraq qətlə yetirib.
36) - 8 oktyabr 2018-ci ildə Cəlilabad rayonu, Qarazəncir kəndində 24 yaşlı Ramil Manafov dayısı 57 yaşlı Mehman Cəfərova bıçaqla xəsarət yetirib. M.Cəfərov aldığı xəsarətdən xəstəxanaya aparılan zaman dünyasını dəyişib.
37) - 8 oktyabr 2018-ci ildə Cəlilabad rayonu, Privolnoye kənd sakini, 1984-cü il təvəllüdlü Gülbala Rauf oğlu Quliyev həmkəndlisi, 1984-cü il təvəllüdlü Ceyhun Dədəkişi oğlu Novruzovun ürəyinə iki bıçaq zərbəsi vuraraq onu qətlə yetirib.
38) - 11 oktyabr 2018-ci ildə Cəlilabad şəhər sakini, 1953-cü il təvəllüdlü Kazım Xankişi oğlu Fətullayev qardaşı tərəfindən döyülüb.
39) - 27 oktyabr 2018-ci ildə Cəlilabad rayonu, Təklə kəndində baş verən dava zamanı 1961-ci il təvəllüdlü İbişov Səftər Səttar oğlu qayınının oğlanları tərəfindən döyülərək müxtəlif bədən xəsarətləri alıb.
40) - 1 noyabr 2018-ci ildə Cəlilabad rayonu, Muğan kəndində 1985-ci il təvəllüdlü Elnur Rasim oğlu Dövlətov tanıdığı şəxs tərəfindən sol qol və sinə nahiyələrindən bıçaqlanıb.
41) - 25 noyabr 2018-ci ildə Cəlilabad rayonu, Göytəpə şəhər sakini, 1982-ci il təvəllüdlü Abıyev Cəlal Səfəralı oğlu iti alətlə bir neçə naməlum şəxs tərəfindən döyülüb.
42) - 16 dekabr 2018-ci ildə Cəlilabad rayonu, Oğrubulaq kəndi sakini, 1977-ci il təvəllüdlü Əbilov Əlirza Musaxan oğlubir neçə naməlum şəxs tərəfindən küt alətlə döyülüb.
43) - 16 dekabr 2018-ci ildə Cəlilabad rayonu, Göytəpə şəhər sakini, 1984-cü il təvəllüdlü Abbasova Əfsanə Əliyar qızı mübahisə zəminində qonşusu tərəfindən döyülüb.
44) - 20 dekabr 2018-ci ildə Cəlilabad rayonu, Sabirabad kənd sakini, 1986-cı il təvəllüdlü Şabanova Qəşəng Asobəli qızı döyülüb. Məlumata görə, qadını baldızları döyüb.
45) - 20 dekabr 2018-ci ildə Cəlilabad rayonu, Göytəpə şəhər 3 saylı ümumi orta məktəbin direktoru Mübariz Cəfərovun Muğan kənd tam orta məktəbinin 9-cu sinif şagirdini döyüb.
46) - 3 yanvar 2019-cu ildə Cəlilabad rayonu, Üçtəpə kənd sakini, 1992-ci il təvəllüdlü Hikmət Rafət oğlu Sadıqov bacısı, 1987-ci il təvəllüdlü Arzu Rafət qızı Cəfərovanı qətlə yetirib.
47) - 12 yanvar 2019-cu ildə Cəlilabad rayonu, Göytəpə şəhər sakini, 1976-ci il təvəllüdlü Ağaməliyev Alxas Məhəmmədəli oğlu qohumları tərəfindən döyülüb.
48) - 14 yanvar 2019-cu ildə Cəlilabad rayonunda 1991-ci il təvəllüdlü Mirzəyev Rəcəb Vidadi oğlu naməlum şəxs və ya şəxslər tərəfindən küt alətlə döyülüb. Xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
49) - 15 yanvar 2019-cu ildə Cəlilabad şəhər sakini Rəcəb Mirzəyevin həmyerlisi Əziz Quliyev tərəfindən küt alətlə döyülərək qətlə yetirilib.
50) - 21 yanvar 2019-cu ildə Cəlilabad rayonu, Badamağacı kənd sakini, 1966-ci il təvəllüdlü Fətullayeva Pərvanə Ədalət qızı qaynı tərəfindən döyülüb.
51) - 25 yanvar 2019-cu ildə Cəlilabad şəhər sakinləri 1948-ci il təvəllüdlü Səfərov Əli Tərlan oğlu və 1953-cü il təvəllüdlü Səfərova Gülxas Əliheydər qızı döyülüb. Məlumata görə, döyülən şəxslər ər-arvaddır və yeznələri tərəfindən döyülüblər.
52) - 7 fevral 2019-cu ildə Сəlilabad rayonu, Alar kənd sakinləri - 1965-ci il təvəllüdlü Üzeyir Qaraxan oğlu Qarayev və onun oğlu, 1998-ci il təvəllüdlü Murad Üzeyir oğlu Qarayev öz həmkəndliləri tərəfindən döyülüb və bıçaqlanıblar.
53) - 9 mart 2019-cu ildə Сəlilabad rayonu, Günəşli kəndində 3 nəfər kənd sakini - 1948-ci il təvəllüdlü Miriyev Mehmanağa Miri oğlu, onun oğlu 1991-ci il təvəllüdlü Miriyev Mirvahid Mehmanağa oğlu və 1982-ci il təvəllüdlü Əhmədov Ceyhun Nadir oğlu müxtəlif xəsarətlərlə xəstəxanaya müraciət ediblər.
54) - 25 mart 2019-cu ildə Cəlilabad rayonunda kütləvi dava olub. Tanışların arasında baş verən mübahisə zəminində Uzuntəpə kənd sakini 1990-ci il təvəllüdlü Abışov İlkin Azər oğlu döyülüb.
55) - 1 aprel 2019-cu ildə Сəlilabad rayonu, Göytəpə şəhərində 1976-ci il təvəllüdlü Oktay Dadaşov yaşadığı evdə atası, 1936-ci il təvəllüdlü Feyzulla Dadaşovu münaqişə zəmində döyərək qətlə yetirib. Məlumata görə, münaqişəyə səbəb samovar olub.
56) - 2 aprel 2019-cu ildə Cəlilabad rayonu, Məşədilər kənd sakini, 1971-ci il təvəllüdlü Əsəd Kürşad oğlu Səfərov qardaşı tərəfindən döyülüb.
Sonda onu da qeyd edək ki, Cəlilabad rayonu ərazisində qeydə alınan kütləvi davaların, qətl hadisələrinin və insanların ciddi xəsaratlar alması ilə nəticələnən döyülmə hallarından başqa insanları təşvişə salan müəmmalı hadisələrin də olduğu bildirilir. Ötən ilin sentyabr ayında mətbuatda yer alan məlumatlardan belə görünür ki, Cəlilabadın Alar və Günəşli kəndlərində əhalini panikaya salan manyaklar peyda olub. Naməlum şəxslər evlərə basqın ediblər. Onlar sahibləri olmayan saatlarda evləri daşlayıb, pəncərələrini sındırıb, mənzillərə daxil olub əşyaları ələk-vələk edib, töküblər, insanları qorxu, təşviş içində saxlayıblar. Qəribədir ki, bu müəmmalı basqınları təşkil edənlər evlərdən heç bir əşya oğurlamayıblar. Sadəcə, insanları qorxutmaq üçün ediblər.
Sakinlərin verdiyi məlumatda deyilir ki, Alar kəndindən başlanan hadisələr başqa kəndlərdə davam edib. Sakinlərdən biri daşa basılan və geyimləri yerə səpələnən evlərdən birinin videosunu göndərib. O zaman "auronews" saytı Cəlilabad Rayon Polis Şöbəsi ilə əlaqə saxlayıb. Şöbədən bildirilib ki, sözügedən hadisələrlə bağlı araşdırma hələ də davam etdirilir.