
2019-cu ilin yanvar-mart aylarında Gürcüstanda 2880-ə yaxın adam qızılca xəstəliyinə tutulub.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Gürcüstan Səhiyyə Nazirliyinin Xəstəliklərə nəzarət üzrə milli mərkəzin sədri Amiran Qamkrelidze deyib. Onun sözlərinə görə, ölkədə xəstəliyin yayılması davam edir: "Son ay müəyyən sabitləşmə dinamikası müşahidə edilsə də, hər gün 15-20 yeni hal qeydə alınır. A. Qamkrelidze bildirib ki, xəstəliyə tutulma hallarının 60 faizində xəstəxanaya yerləşdirmə tələb olunub: Bu il iki ölüm halı qeydə alınıb".
Tətbiqimizi yükləyə bilərsiniz