Bu uşağı tanıyanlar, qaynar xəttə zəng etsin! - FOTO


Ötən gün Nəsimi rayonu, 3-cü mikrorayon ərazisində nəzarətsiz uşaq tapılıb. 

Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkədə yazıb. 

O qeyd edib ki, polis əməkdaşları qızın valideynsiz olduğunu görüb sığınacağa gətiriblər: “Dünən telekanalların bir çoxunda Məryəmin valideyn və yaxınlarının axtarşı ilə bağlı süjetlər göstərilib. Əgər onu tanıyan varsa xahiş edirik, təşkilatın qaynar xəttinə - 055 466 08 06 nömrəsinə məlumat versin.

Azyaşlının diləndirilmə, təhsildən yayındırılma halları da ehtimal olunur”.

DİGƏR XƏBƏRLƏR

Top