
Venesuela Prezidenti Nikolas Maduro hərbi bölmələrdə həyəcan siqnalı elan edib.
Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, buna səbəb kimi müxalifətin ona qarşı sui-qəsd törətmək planları göstərilir.
N. Maduro, həmçinin xalq özünümüdafiə dəstələrini hökumətyanlı silahlı qruplaşmalara qoşulmağa çağırıb. Venesuela Prezidenti müvafiq bəyanatı yerli telekanala telefonla müsahibə verərkən edib. O deyib: "Onların məni öldürmək barədə cinayətkar planları barədə bilirəm. Bununla əlaqədar ölkənin hərbi bölmələrində həyəcan siqnalı elan etmək və kəşfiyyat fəaliyyətini aktivləşdirmək qərara alınıb.