Qəzada yaralanan şəxs xəstəxanada öldü


Aprelin 1-də Sumqayıtda yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış şəxs dünyasını dəyişib.

Yeniavaz.com ona-ya istinadən xəbər verir ki, həmin gün 1965-ci il təvəllüdlü Tağıyev Faiq Təriş oğlunu avtomobil vurub.

Ağır bədən xəsarətləri alan piyada Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq yaralı bu gün gecə saatlarında dünyasını dəyişib. Onun Sumqayıtda kitabxana müdiri işlədiyi deyilir.

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top