
UFC çempionu Həbib Nurməhəmmədov irlandiyalı rəqibi Konor Makqreqorun “sənin arvadın bir dəsmaldır” təhqirinə cavab verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə o, Həbib "Twitter"də Konorun Terri Mürreylə olan fotosunu paylaşaraq onu təcavüzçü adlandırıb.
"Təcavüzçü, sən təcavüzçüsən. Sən hərəkətlərinə cavabdeh olmayan ikiüzlüsən. Ədalət səni tapacaq. Biz görəcəyik", - deyə Nurməhəmmədov sosial şəbəkədə yazıb.
Qeyd edək ki, bundan əvvəl Makqreqor Həbibin həyat yoldaşını təhqir edib. K. Makreqor dağıstanlı döyüşçünün həyat yoldaşını dəsmal adlandırıb. O yazıb: "Oğlan, sənin arvadın dəsmaldır". İrlandiyalı paylaşımına H. Nurməhəmmədovun üzü ağ niqabla örtülü olan həyat yoldaşı ilə birgə şəklini əlavə edib. Lakin o, sonra statusunu tez silib.
Onu da deyək ki, İrlandiya polisi idmançı Konor Makqreqora qarşı irəli sürülmüş seksual zorakılıq ittihamı ilə bağlı araşdırma aparır.
Tətbiqimizi yükləyə bilərsiniz