
Ədalət və İnkişaf Partiyasının(AKP) etirazlarının nəticəsi olaraq İstanbulun 15 rayonunda qeydiyyata alınmayan, 3 rayonunda isə bütün səslər yenidən sayılır.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, ölkədə 31 martda keçirilən bələdiyyə seçkilərinə etiraz edən AKP istədiyini əldə edib. Belə ki, İstanbulun 15 rayonunda qeydiyyata alınmayan, Çatalca, Silivri və Kartalda isə bütün səslər yenidən sayılır.
Ali Seçki Qurumunun (YSK) qeydiyyata alınmayan səslərin yenidən sayılmasını dayandıran qərarını ləğv etməsi ilə rayon seçki məntəqələri fəaliyyətə başlayıb. Hal-hazırda səslərin sayılması prosesi davam edir.
Tətbiqimizi yükləyə bilərsiniz