Bakıda təcili yardım maşını dirəyə çırpıldı - VİDEO


Bakıda təcili tibbi yardım avtomobili qəzaya düşüb.

Hadisənin görüntüləri sosial şəbəkədə paylaşılıb. Məlumatlara görə, qəza Karl Marks dairəsi yaxınlığında qeydə alınıb. 

Hadisə zamanı 99-JH-806 dövlət nömrə nişanlı “Mercedes” markalı təcili tibbi yardım maşını “KİA” markalı avtomobillə toqquşub. Qəzadan sonra təcili yardım maşını yol kənarındakı dirəyə çırpılıb.

(Yenisabah.az)

DİGƏR XƏBƏRLƏR

Top