Ukraynadan "Putinin dostlarına" uçuş qadağası


Ukrayna hökuməti Ukrayna və Rusiya arasında qeyri-müntəzəm reyslərin uçuşuna qadağa qoyub.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, qadağa BMT, ATƏT və Beynəlxalq Qırmızı Xaç Komitəsinin missiyalarının təmin edilməsi üçün zəruri olan uçuşlara şamil edilmir. Qərar layihəsi Daxili İşlər Nazirliyi tərəfindən hazırlanıb və hökumətin iclasında qəbul olunub. Ukaynanın daxili işlər naziri Arsen Avakov bildirib ki, qərar prezidentliyə namizəd, müxalif siyasətçi Yuri Boykonun Rusiyaya uçuşunun təhlili əsasında qəbul olunub: "Boyko qanunvericiliyimizdəki boşluqdan istifadə edib və bu cür uçuş üçün Rusiya Federal Təhlükəsizlik Xidmətindən müvafiq razılıq alıb".
Xatırladaq ki, Ukraynanın iki müxalif siyasətçisi - Y.Boyko və Viktor Medvedçuk martın 25-də Moskvada Baş nazir Dmitri Medvedev və "Qazprom"un rəhbəri Aleksey Millerlə görüşüblər. Hər iki siyasətçini Rusiya Prezidenti Vladimir Putinin dostu hesab edirlər.

DİGƏR XƏBƏRLƏR

Top