
Ermənistanın Baş naziri Nikol Paşinyan Nazirlər Kabinetinin Kadrlar idarəsinin rəisini işdən çıxarıb. Yeniavaz.com Ermənistan mətbuatına istinadən bildirir ki, Nazirlər Kabinetinin kadrlar idarəsinin rəisi olan Marqarita Azaryan ölkənin Milli təhlükəsizlik xidmətinin rəisi Artur Vaneçyanın anasıdır.
Qeyd edək ki, Paşinyanın rəqibləri Milli təhlükəsizlik xidmətinin rəisinin anasının Nazirlər Kabinetində bu cür yüksək vəzifə tutmasını tənqid edirdilər.
Tətbiqimizi yükləyə bilərsiniz