BMT-dən xəstəxanalarla bağlı qorxunc STATİSTİKA


BMT dünya ictimaiyyətini xəstəxanalarda və tibb məntəqələrində su təchizatını, sanitar-gigiyena şəraitini yaxşılaşdırmağa çağırıb.
Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, buna səbəb dünyada hər dörd tibb məntəqəsindən birində təmiz su verilişi sisteminin, hər beşində isə lazımi sanitar xidmətin olmaması göstərilir. Müvafiq göstəricilər Ümumdünya Səhiyyə Təşkilatı və BMT-nin Uşaq Fondunun (YUNİSEF) birgə məruzəsində yer alıb.
Qeyd edilir ki, dünyadakı xəstəxana və tibb məntəqələrinin 25 faizində su təchizatı üzrə əsas xidmətlər, 20 faizində isə əsas sanitar xidmətlər mövcud deyil. Məruzəyə əsasən, dünyada hər il milyondan çox ölüm halı doğuşlar zamanı lazımi təmizliyin olmaması ilə bağlıdır. Yeni doğulanların 26 faizi, uşaq dünyaya gətirən qadınların isə 11 faizi infeksiyadan ölür. YUNİSEF-in statistikasına əsasən, 2017-ci ildə hər il dünyada təqribən 7 min yeni doğulan körpə birinci növbədə doğuşlar zamanı antisanitar şəraitə görə ölüb.

DİGƏR XƏBƏRLƏR

Top