Martın 31-də İstanbul Böyükşəhər bələdiyyə sədrliyinə keçirilmiş seçkiləri ilə bağlı 7 rayonda səslər yenidən hesablanacaq.
Yeniavaz.com "Habertürk" saytına istinadla xəbər verir ki, bu barədə Türkiyə Ali Seçki Komissiyası (ASK) müvafiq qərar verib. Xatırladaq ki, Ədalət və İnkişaf Partiyasının (AKP) seçkinin nəticələrinə etiraz edərək səslərin yenidən hesablanması üçün ASK-yə müraciət etmişdi. Lakin ASK Cümhuriyyət Xalq Partiyasının (CHP) etirazından sonra İstanbulun 7 rayonunda səslərin yenidən hesablanması dayandırılmışdı. Lakin ASK bu qərarını ləğv edərək səslərin yenidən hesablanmasına dair göstəriş verib.
Tətbiqimizi yükləyə bilərsiniz