İbrahim Kalın: Ərdoğan üçün sonun başlanğıcı deyənlər...

“2023-cü ilədək Türkiyədə seçkilər keçirilməyəcək, Demokratiya yarışını ideoloji yarışa çevirməyək”.
Yeniavaz.com “Habertürk” saytına istinadla xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın “Twitter” hesabında yerli özünüidarəetmə orqanlarına keçirilmiş seçkilərin nəticələrinə münasibət bildirərkən yazıb.
Onun sözlərinə görə, bəziləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan üçün sonun başlanğıcı ifadəsini qızışdırmağa çalışırlar: “Həmin şəxslər gerçəklərdən uzaq ssenarilərlə özlərini ovudurlar. AKP səslərin 44,3 faizini, Cumhur İttifaqı isə 51,6 faizini toplayıb. 2023-cü ilədək seçki keçirilməyəcək. Demokratiya yarışını ideoloji yarışa çevirməyək”.

DİGƏR XƏBƏRLƏR

Top