
“Diqlas” Ticarət Mərkəzində malları yanan sahibkarlara ayrılan vəsaitin verilməsi qaydası hazırdır. Hazırda qaydalar təsdiqlənmə prosesindədir və bu günlərdə açıqlanacaq.
Yeniavaz.com oxu.az-a istinadən xəbər verir ki, İqtisadiyyat nazirinin birinci müavini Sahib Məmmədovun bildirib ki, sahibkarlarla görüş martın 31-də yekunlaşıb.
Nəticədə, bu hadisə ilə bağlı 441 sahibkarla fərdi qaydada görüş keçirilib və onlar zərərçəkən kimi tanınıb.
Xatırladaq ki, sahibkarlar üçün prezidentin ehtiyat fondundan üç milyon manat vəsait ayrılıb.
Zərərçəkənlərə dəyən ziyanın ödənilməsində “Diqlas”ın sahiblərinin iştirakına gəlincə, nazir müavini bu suala cavab vermək istəmədiyini bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz