Mələkxanım Əyyubova video qalmaqalında adı hallanan qardaşı oğlundan DANIŞDI


Ötən gün 3 çılpaq qızın yayılan videosu ilə bağlı xalq artisti Mələkxanım Əyyubovanın qardaşı oğlu Valeh İsrafilovun da adı hallanır.

Belə ki, videonu çəkən Cahid adlı şəxsə həmin qızları V.İsrafilovun göndərdiyi deyilir.

V.İsrafilovun M.Əyyubovanın qardaşı oğlu olması haqda yayılan xəbərlər isə medianın gündəmini zəbt edib.

Xalq artisti Mələkxanım Əyyubova məsələ ilə bağlı bildirib ki, qardaşı oğlunu həyatından silib: “İndiyə kimi onlar haqqında sözümü demişəm. Artıq nə deyim? Onları silmişəm. Başqa heç nə deyə bilmərəm”.

Qeyd edək ki, Valeh İsrafilov müğənni Ramal İsrafilovun qardaşıdır. (Musavat.com)

DİGƏR XƏBƏRLƏR

Top