Rəsmi etiraf: Ermənistanda demoqrafik fəlakət yaşanır - CƏDVƏL


Son 11 il ərzində Ermənistanda əhalinin sayı 3,8%, işçi qüvvəsinin sayı 17,7%, məşğul əhalinin sayı isə 21,3% azalıb. Yeniavaz.com-un Ermənistan Statistika Xidmətindən açıqlanan məlumatlara istinadə apardığı hesablama göstərir ki, 2008-2018-ci illər ərzində bu ölkədə əhalinin sayı 118,1 min, işçi qüvvəsinin sayı 250,1 min, məşğul əhalinin sayı isə 252,3 min nəfər azalıb.
Ermənistan Statistika Xidmətinin açıqladığı rəqəmlərdən belə görünür ki, əhalinin, o cümlədən də işçi qüvvəsi və əmək ehtiyatlarının sayının azalması insanların ölkəni tərk etməsi səbəbindən baş verir. Çünki bu ölkədə az da olsa təbii artım var. Statistika Xidmətinin məlumatına görə, 2018-ci ildə Ermənistanda doğum göstəricisi əhalinin hər 1000 nəfərinə 12,3, ölüm göstəricisi isə əhalinin hər 1000 nəfərinə 8,6 olub. Əvvəlki illərdə də doğum göstəricisi ölüm göstəricisini üstələyib. Bu isə onu göstərir ki, ölkə əhalisinin azalmasında mənfi miqrasiya saldosu (ölkədən gedənlər ölkəyə gələnlərdən çox olub) həlledici olub. 

DİGƏR XƏBƏRLƏR

Top