
Bakının Nəsimi rayonunda fəaliyyət göstərən 79 nömrəli avtobusun sürücüsü ilə minik avtomobilinin sürücüsü arasında münaqişə yaşanıb və nəticədə minik avtomobilinin sürücüsü avtobusdakı sərnişinlərin həyatını təhlükəyə ataraq dəfələrlə avtobusun önünü kəsməyə çalışıb.
Hadisə şahidinin Yeniavaz.com-a verdiyi açıqlamaya əsasən münaqişə avtobusun dayanacaqda olarkən minik avtomobilinin sürücüsünün onu gözləmək məcburiyyətində olması səbəbilə başlayıb. O bu haldan sıxılaraq dəfələrlə siqnal versə də, avtobus sürücüsü sərnişinləri gözlədiyi üçün buna əhəmiyyət verməyib. Daha sonra avtobusun yanından ötərkən digər sürücü ilə avtobus sürücüsü arasında mübahisə olub. Hadisə isə bundan sonra daha təhlükəli hal alıb. Belə ki, bundan hiddətlənən minik avtomobilinin sürücüsü içində sərnişinlərin olmasına baxmayaraq növbəti dayanacağa kimi dəfələrlə avtobusun önünü kəsməyə çalışıb və qəza şəraiti yaradıb. Bununla da o, həm özünün, həm də avtobusdakıların həyatını təhlükəyə atıb. Növbəti dayanacaqda isə minik avtomobilinin sürücüsü avtobus sürücüsünün yanına gəlib və onlar arasında ikinci mübahisə başlayıb. Həmin andan etibarən isə hadisə şahidi baş verənləri lentə alıb.
Tətbiqimizi yükləyə bilərsiniz