Aprel şəhidinin həyat yoldaşı: “Səninlə qürur duyuram Şəhidim!” - FOTO


“Bu gün sənin şəhidlik zirvəsinə ucaldığın o torpağa ayaq basdım, sanki qürurla igidlərimizin "haydı irəli!" səslərini eşidirdim, sanki o döyüş gedirdi mən də kənardan izliyirdim, qanın axan torpağa ağac əkildi, o ağaca su verdim, sən necə zirvələrə ucalmısansa Rəbbim də o ağaca can verəcək, o torpaqda qanınla mənim göz yaşlarımla bir də canınan keçdiyin torpaqla birlikdə böyüyəcək. Rahat uyu igid qəhrəmanım, səninlə qürur duyuram şəhidim!”.
Yeniavaz.com xəbər verir ki, bu sözləri aprel şəhidi Rahim Tağıyevin həyat yoldaşı Vüsalə Tağıyeva deyib.

Tərtərdə Aprel şəhidlərinin hər birinin adına ağac əkilib. Mingəçevirdən olan Aprel şəhidlərinin ailə üzvüləri də bu tədbirdə iştirak ediblər. Qaçqınların və Məcburi Köçkünlərin İşəri üzrə Dövlət Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Tərtər rayon İcra hakimiyyətinin birgə təşkil etdiyi tədbirdə aprel döyüşlərində şəhid olan hərbçilərin ailələri və qazilər iştirak edib.  
Keçmiş Ağdərə rayonunun Şıxarx qəsəbəsində keçirilən aksiyada, Aprel hadisələrində rayonun Talış istiqamətində gedən döyüşlərdə şəhid olan Vətən oğullarının hər birinin adına bir ağac əkilib və qarşısına şəhidin adını daşıdığı barədə məlumat lövhəsi vurulub. Ağaclar ay-ulduz formasında əkilib.
Daha sonra Məcburi köçkünlər üçün yeni salınmış Şıxarx qəsəbəsində şəhidlərin adına ehsan süfrəsi açılıb.
Tədbirdə iştirak edən, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət komitəsi sədrinin müavini Sabir Əhmədov bildirib ki, Aprel şəhidlərinin ildönümü ərəfəsində keçirilən aksiya ötən gün də Qoşunların təmas xəttinin Cəbrayıl rayonu istiqamətində, Lələ Təpə yüksəkliyi uğrunda şəhid olanların adına ağac əkilib.
 
Esmira Hidayəyova, Tərtər

DİGƏR XƏBƏRLƏR

Top