Ata aptekdən aldığı dərmanın övladına əks təsir etdiyini iddia edir - VİDEO


Mingəçevir sakini Tahir Mikayılovun övladı istifadə etdiyi dərmandan sonra müəyyən ağrılar hiss etməyə başlayıb. Yeniavaz.com xəbər verir ki, T.Mikayılov şəhərdə yerləşən apteklərin birindən övladı üçün aldığı siropun bir müddət keçdikdən sonra içərisində qara rəngdə qırıntılar olduğunu görüb. O, dərmanın övladına əks təsir etməsini iddia edir. Məsələ ilə əlaqədar dərmanın alındığı aptekin müdiri Elvin Əhmədovla əlqaə saxladıq. O, bildirib ki, dərmanı alan şəxs onu normal şəraitdə saxlamadığına görə bu cür hallar baş verə bilər. Qeyd edək ki, Tahir Mikayılovun digər övladı dərmanların əks təsiri nəticəsində fiziki qüsurlu olub.

DİGƏR XƏBƏRLƏR

Top