Prokurorluq əməkdaşı Emin Hüseynovun ölüm anının videosu yayıldı - VİDEO


Son günlər müəmmalı ölümü ilə gündəmə gələn prokurorluq əməkdaşının şok görüntüləri yayılıb.
Yeniavaz.com criminal.az-a istinadən xəbər verir ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin mərhum əməkdaşı Emin Hüseynovun ölüm anı istirahət etdiyi otelin təhlükəsizlik kameralarına anbaan düşüb. Dəhşətli görüntülər E.Hüseynovun 19 ay əvvəl Türkiyənin Antalya şəhərində istirahət etdiyi otelin idman salonunda qeydə alınıb. Görüntülərdən məlum olur ki, E.Hüseynov salonda məşq edərkən əyləşir və qəflətən yerə yıxılır. Mərhumun atası Bəybala Hüseynov isə iddia edir ki, oğlu zəhərlənərək öldürülüb. O, bu sui-qəsddə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsininın rəhbər şəxslərini - rəis Kamran Əliyev və müavin Əli Nağıyevi ittiham edir.

DİGƏR XƏBƏRLƏR

Top